Tarix yazan liderləri dünyaya gətirən ANALAR – FOTOLAR

Dünya düzənini dəyişən, 20-ci əsrin unudulmaz siyasi liderlərini dünyaya gətirən, onlara tərbiyə verib böyüdən analar unudulmuş, yaddan çıxmışdır. Böyük əksəriyyət dünyaya səs salmış liderlərin ailələri, xüsusən anaları haqqında heç nə bilmir. Liderləri böyüdən, tərbiyə verən analar, ancaq tarix kitablarında, memuarlarda xatırlanır.

A24.Az  sizə dünyaca ünlü siyasi liderlərin analarına məxsus fotoları təqdim edir.

 

İosif Stalinin anası – Yekaterina Geladze.

stalin

Yekaterina Geladze Gürcüstanda pravoslav kəndli ailəsində anadan olub və 17 yaşında ailə qurub. İki övladı doğuşdan  sonra ölüb, İosif Stalin Yekatrinanın sağ qalan ilk övladıdır. Yekatrina Geladze oğlunun yaxşı tərbiyə almasına çalışır, onun yaxşı təhsil almasına çalışır və arzulayırdı ki, İosif keşiş olsun.  Koba ləqəbi ilə quldurluq edən, inqilaba qoşulub nəhəng bir imperiyanın qurulmasında iştirak edən İosifin isə öz arzuları, öz taleyi var idi.

 

Leonid Brejnevin anası – Natalya Mazalova

Xanım Morozova Kursk vilayətinin Brejnevo kəndində anadan olmuşdur . Fəhlə ailəsində doğulan Natalya uşaqlıqda  yaxşı təhsil alıb və öz uşaqlarına həmişə bunu aşılamaq istəyib. Leonid İliç Moskvada rəhbər vəzifələrdə çalışarkən  anası Dneprodzerjinskdə öz köhnə mənzilində yaşayıb. Ona yaxşı təminat və gözəl mənzil təklif etsələr də, o sadə təqaüdçü həyatı yaşamağa davam edib.

Uinston Çörçillin anası – Cerom Cenni

Miss Cenni ABŞ-da anadan olmuşdur. 1874-cü ildə ilk dəfə ərə gedib və İngiltərəyə köçüb. O illərdə kübarlar cəmiyyətində qəbul olunduğu kimi , Cenni oğlunun tərbiyəsini dayələrə etibar edirdi və uşaqlıqda ona qarşı çox soyuq idi, lakin sonradan onlar yaxşı dost olurlar.

Vladimir Leninin anası – Mariya Aleksandrovna Blank

Sankt-Peterburqda doğulub, çox yaxşı təhsil alıb. Mariya Aleksandrovna bir neçə dildə danışır, çoxlu kitab oxuyurmuş.  Mariya Aleksandrovna səkkiz uşaq dünyaya gətirib: dörd oğlu və dörd qızı olmuşdir. Ərininin ölümündən bütün təsərrüfat işlərin öz üzərimə götürməli olub. Dörd övladı inqilabçı olub.  Mariya Aleksandrovna sosialist inqilabının alovlu liderinin fəaliyyətində ona dəstək olmuşvə iki dəfə oğlu xaricdə olarkən onun yanına gəlmişdir.

Con Kennedinin anası – Roza Fitscerald

1914-ci il oktyabrın 8-də o, Cozef Patrik Kenned ilə evlənmişdir. Rouz  və Cozefin doqquz övladı olub. Ərinin ölümündən sonra 1969-ci il noyabr ayında. Roza Kennedi dul qalmışdır. O, 22 yanvar 1995-ci il tarixində pnevmoniyanın kəskinləşməsi nəticəsində 104 yaşında vəfat etmişdir.

Franklin Ruzveltin anası – Sara Delano

Franklin balaca ikən, ailəsi Avropanı çox gəzib və ona görə də gələcək prezident bəzi xarici dilləri yaxşı öyrənmişdir.

Adolf Hitlerin anası – Klara Peltsl

Avstriya imperiyasında  anadan olub. Məktəbdən sonra 13 yaşında bacısı Alloisin yanında qulluqçu işinə  düzəlib. Klara onun atabir bacısı qızı idi. Alois Klaradan 23 yaş böyük idi. O ev üzrə olan vəzifələrini yerinə yetirib,ərinin istəyinə itaət edərək kilsəyə gedirdi. Hətta illər sonra belə o,  özünü  onun həyat yoldaşı kimi görmürdü və ərinə müraciət edərək, onu “Alois əmi” adlandırırdı. //bildirchin//

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR