Tarixin ən məşhur mərci-Kleopatra və Antoni

Tarixin ən məşhur mərci-Kleopatra və Antoni
Want create site? Find Free WordPress Themes and plugins.

Tarixin ən məşhur mərclərindən biri Kleopatra ilə onun romalı sevgilisi Mark Antoni arasında baş tutmuşdu. Kleopatra Antoni ilə belə bir mərc edir: məşhur çariça bütün bir şam yeməyi ərzində şərab içəcək və sərxoş olmayacaqdı. Mark mərci dəyərləndirir və perspektivlərinin geniş olduğunu düşünərək razı olur. Lakin o bilmirdi ki, hiyləgər Kleopatra onu aldadacaq.

Şam yeməyinin əvvəlində masaya şərab sirkəsi ilə dolu qədəy qoyulur. Bu zaman Kleopatra qulağındakı iri mirvarili sırğasını çıxararaq qədəhin içərisinə atır. Bu dövrdə kraliçanın bu sırğasının dəyəri hər kəsə məlum idi. O sırğanı qədəhə atdıqda kalsium karbonat sirkə turşusu ilə reaksiyaya girir, onu xeyli yumşaldır. Şam yeməyinin sonuna isə şərab şirkəsi adi bir kokteyldən fərqlənmir və onu bir qurtuma belə içmək mümkün olur. Təbii ki, Mark Antoninin belə bir reaksiyadan xəbəri yox idi. Belə olduqda o kraliçanın qələbəsini tanımalı olur.

Yeri gəlmişkən, bu yaxınlarda alimlər bu kimyəvi təcrübənin reallığını sübut etmişlər. Nyu-Cersi universitetindən olan professor pridens Cons Kleopatranın etdiyini təkrarlamışdır. O sirkənin içərisinə mirvari atmış və belə aydınlaşdırmışdır ki, turşuda bir mirvarini həll etmək üçün 24 saat tələb edilir. O belə güman edir ki, Misir kraliçası əvvəlcədən öz sırğasını sirkədə islatmışdır və onu qədəhə atdıqda artıq yumşalmış formada idi. Şam yeməyi isə tam vaxtında baş tutub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Maraqlı
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar