“Tartışma”nı, “Dartışma”, “Bağımsızlığ”ı, “Baxımsızlıq”  yazırlar - Nizami Cəfərov üsyan etdi

“Tartışma”nı, “Dartışma”, “Bağımsızlığ”ı, “Baxımsızlıq”  yazırlar – Nizami Cəfərov üsyan etdi
Want create site? Find Free WordPress Themes and plugins.

“Məlumatlı olmadıqları üçün “Tartışma”nı, “Dartışma”, “Bağımsızlığ”ı, “Baxımsızlıq” yazırlar.

Bunu A24.Az-a  Milli Məclisin deputatı, Filologiya elmləri doktoru  Nizami Cəfərov, Türkiyə türkcəsindən dilimizə yanlış tərcümlərin edilməsinə münasibət bildirərkən deyib.

“Sözləri formal şəkildə götürürlər və mənasını dərk etmirlər. İki dil arasında elə sözlər var ki, eyni cürdür amma ayrı mənaları ifadə edir. Saytlar elədir ki, onlara nəzarət etmək çətindir. Peşəkarlıq, lüğət və məlumatlılıq olmalıdır”- deyə Nizami Cəfərov  bildirib.

Millət vəkili bəzi şəxslərin bunu qərəzli şəkildə etdiklərini bildirib.

“Elələri də var ki, Türkiyə türkcəsinin bizə  necə yad olduğunu göstərmək üçün qərəzli məqsədlərlə bunu edirlər. Ümumilikdə biyabırçılıq heç zaman cavabsız qalmır. Bu da mədəniyyətsizliyin bir nümunəsidir. Mədəniyyətsizlik , məsuliyyətsizlik etmək,  bunlar istər-istəməz dilə də aiddir. Ciddi şəkildə qınanmalıdır”.

Nərmin Kərim, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Media
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar