«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»
Want create site? Find Free WordPress Themes and plugins.

Ekspert Kamran Əsədov universitetlərdə tələb olunan ödənişlərin verilən təhsilin keyfiyyətinə uyğun gəlmədiyini bildirir.

Azərbaycanda yüksək nəticə göstərən abituryentlərin bir qsimi xaricə üz tutur.
2017-2018-ci tədris ili üçün nəzərdə tutulan qəbul imtahanları artıq yekunlaşdı. İyulun 29-dan avqustun 10-dək müvafiq keçid balını toplamış abituryentlər ixtisas seçimininə başlayacaqlar. Artıq sosial şəbəkələrdə “hansı universiteti seçim? Balım bu ixtisas üçün yetərlidirmi? Hansı ixtisası məsləhət görürsünüz? ” kimi suallar geniş müzakirə olunur. Ilk dəfə keçirilən 2-ci qəbul imtahanında 1-ci imtahanda iştirak etmiş tələbələrin əksəriyyəti iştirak ediblər. nəticələri məlum olan tələbələrin əksəriyyəti birinci imtahanda da yüksək bal topladıqlarını qeyd ediblər. Xüsusi ilə 700 bal toplayan abituriyentlərin ilkin göstəricilərinin də elə 690+ olduğu aydın olur. Bir çox hallarda isə universitetlərin təhsil haqqını artırdığını görən tələbələr xaricə üz tutmağı planladıqlarını qeyd ediblər.

2-ci qrup üzrə 350 bal toplayan Zülfiqar deyir ki, arzuladığı ixtisasın yalnız ödənişlisinə qəbul olur. Ancaq Azərbaycan üçün təhsil haqqının yüksək olduğunu qeyd edir: “Özəl universitetdə təhsil almaq istəyirəm. Çünki istənilən halda özəl universitetin sistem və təhsili fərqli olur. Amma bu il ödənişlər dəhşət yüksəlib. Digər tərəfdən, düşünürəm ki, burda o qədər pulu verincə xaricdə olan hər hansı universitetdə təhsil ala bilərəm”.
Bəs keçirilən 2-ci imtahanın mahiyyəti nədən ibarət idi? Universitetlərin təhsil haqqını yüksəltdiyi bu dövrdə tələbələrin xaricə üz tutması ehtimalı çoxdurmu?

Təhsil eksperti Kamran Əsədov Bizimyol.info-ya açıqlamasında bildirdi ki, bütün göstəricilər baxımından aprel ayında keçrilən imtahan göstəriciləri üstün olub: «Belə ki, 30 apreldə keçrilən İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Ağcabədi şəhəri, 3 saylı məktəb-lisey və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunları) , III ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Zərifə Əliyeva adına liseyin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplamışdısa, 14 iyulda keçrilən imtahanda yalnız III ixtisas qrupu üzrə 2 abituriyent (Bakı şəhəri, Nəsimi rayonu 111 saylı orta məktəb və Bakı şəhəri, Suraxanı rayonu 278 saylı orta məktəbin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb. II qrupda isə apreldə keçrilən imtahandan fərqli olaraq maksimum nəticə göstərən olmamışdır. Bu ildən etibarən ali məktəblərin I-IV ixtisasları üzrə qəbul imtahanları iki dəfə keçrilməsinə baxmayaraq bu heç də keyfiyyət artımına gətirib çıxarmadı. 2017/2018-ci tədris ilində I-IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin imtahan ballarının paylanmasına gəlincə, ali məktəblərə keçirilən qəbul imtahanının I mərhələsində (30 aprel, 7 may) 64 220 abituriyent iştirak edib. Onlardan 17 033-ü (8 554-ü I, 4 176-sı II, 3 396-sı III, 907-si IV ixtisas qrupu üzrə) 0-99, 15 804-ü (6 079-u I, 4 758-i II, 4 162-si III, 805-i IV ixtisas qrupu üzrə) 100-199, 12 708 (4499-u I, 3 997-si II, 3 468-i III, 744-ü IV ixtisas qrupu üzrə) 200-299, 13 906-sı (4 436-sı I, 4 228-i II, 4 081-i III, 1 161-i IV ixtisas qrupu üzrə) 300-499, 4 769-u (1 486-sı I, 1 190-ı II, 1 255-i III, 838-i IV ixtisas qrupu üzrə) isə 500-700 arası bal toplayıb. Qəbul imtahanının I mərhələsində iştirak edən 64 220 abituriyentdən 31 383-ü müsabiqədə iştirak etmək hüququ qazanıb. Onlardan da 10 421-i I, 9 415-i II, 8 804-ü III, 2 743-ü isə IV ixtisas qruplarının payına düşüb”.

“Dövlət İmtahan Mərkəzi mayın 7-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrinə görə İmtahanda iştirak etmək üçün sənəd vermiş 30239 abituriyentdən 706 nəfəri imtahanda iştirak etməmişdir. İmtahanda iştirak edən abituriyentlərdən 24 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir. İmtahanda I ixtisas qrupu üzrə 5 abituriyent , IV ixtisas qrupu üzrə isə 2 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb. Tədris ilinin başa çatmamasına baxmayaraq abituriyentlərin göstərdikləri nəticlərlər tədris ili başa çatandan sonrakı nəticələrlə müqayisədə yüksək idi. Belə ki, Dövlət İmtahan Mərkəzi iyulun 22-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrininə görə İmtahanda iştirak etmək üçün ərizə vermiş 27962 abituriyentdən 1366 nəfəri imtahanda iştirak etməmişdir. 13 abituriyent imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir” – K.Əsədov bildirib.

Ekspertin sözlərinə görə, imtahanda I ixtisas qrupu üzrə iki abituriyent, IV ixtisas qrupu üzrə isə bir abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb: “Bu rəqəmlər onu göstərir ki, imtahanda iştirak edənlərin 52 faizi keçid balını toplaya bilməyib və bu ildə qəbul imtahanlarında keyfiyyət artımı ortaya çıxmayıb. Artıq 2017-2018-ci tədris ili üçün orta məktəbi bitirən məzunlar ali məktəblərə qəbul olmaq üçün beş qrup üzrə imtahan veriblər. Çətin mərhələni geridə qoyan gəncləri qarşıda daha həyəcanlı anlar gözləyir. Onlar artıq topladıqları balları bilsələr də, amma konkret hansı universitetə və hansı fakultəyə daxil olacaqları sual altındadır. Hətta, imtahanlardan kifayət qədər bal (450-600) yığan məzunlar və onların valideynləri ixtisas seçimində çətinlik çəkirlər. Həmin ballara uyğun prioritet olan fakultələrin çoxuna qəbul dövlət hesabına deyil, ödənişli əsaslarla həyata keçirilir”.

Bu il üçün tələbələrə daha gözlənilməz bir məsələ təhsil haqlarının artması oldu. Belə ki, “Abituriyent” jurnalının yeni sayında qeyd edilən məlumata görə keçən il ödənişi 3800 manat olan BDU-nun Hüquq fakültəsinin təhsil haqqı 4300 manata qədər qalxıb.
Xəzər Universitetində təhsil haqları 4500-5000 manat, Azərbaycan Universitetində 3000 manat müəyyən olunub ki, bu da keçən illə müqayisədə ciddi artım hesab olunur.
Amma Qərb, Kooperasiya, Odlar Yurdu universitetində təhsil haqları aşağı düşüb. Bu da onunla əlaqədardır ki, keçən il bu universitetlər plan yerlərini doldura bilməmişdilər.

I qrupun bahalı universitetləri:
“ADA” Universiteti – 6500 AZN
Xəzər Universiteti – 4000-5000 AZN
Azərbaycan Universiteti – 2500 AZN
Digər universitetlərdə ödəniş 1000-2300 AZN arası dəyişir.
II qrupun bahalı universitetləri:
“ADA” Universiteti – 6500 AZN
BDU – 1300-2500 AZN
Dövlət İdarəçilik Akademiyası – 2500 AZN
İqtisad Universiteti – 1900-2500 AZN
Bakı Mühəndislik Universiteti – 2000-2500 AZN
Dillər Universiteti – 1000-2500 AZN
Milli Aviasiya Akademiyası – 1600-2500 AZN
Gömrük Akademiyası – 3000 AZN
Memarlıq və İnşaat Universiteti – 2300 AZN
Xəzər Universiteti – 4500-5000 AZN
Qərb Universiteti – 2000-2200 AZN
Azərbaycan Universiteti – 2500-3000 AZN
Bakı Biznes Universiteti – 2000-2500 AZN
Kooperasiya Universiteti – 1700-2500 AZN
Digər universitetlərdə qiymət 1000-2000 manat arasında dəyişir.

III qrupun bahalı universitetləri:
“ADA” Universiteti – 6000 AZN
BDU – 1500-4300 AZN
Dillər Universiteti – 1000-2500 AZN
Dövlət İdarəçilik Akademiyası – 2500 AZN
Gömrük Akademiyası – 3000 AZN
Turizm və Menecment Universiteti 2000-2500 AZN
Rəssamlıq Akademiyası – 1800-2500 AZN
Xəzər Universiteti – 4000-5000 AZN
Azərbaycan Universiteti – 2500 AZN
Qərb Universiteti – 2400 AZN
Bakı Biznes Universiteti – 2500 AZN
Kouperasiya Universiteti – 2000-2200 AZN
Əmək və Sosial Münasibətlər Akademiyası – 2200 AZN
Digər Universitetlərdə qiymət 1000-2000 manat arasında dəyişir.

IV qrupun bahalı universitetləri:
Tibb Universiteti – 2000-3000 AZN
Bədən Tərbiyəsi və İdman Akademiyası – 2200 AZN
Xəzər Universiteti – 4000 AZN
Digər universitetlərdə qiymət 1000 – 2000 azn arasında dəyişir.

Ekseprtin narahat olduğu nüanslardan biri kimi tələbələrə verilən təhsilin keyfiyyətinin onlardan tələb olunan təhsil haqqına uyğun gəlməməsi olduğunu qeyd edib. K.Əsədovun sözlərinə görə, indi pul ödəyib təhsil alan tələbələrdən tutmuş valideynə qədər hər kəs ölkədə təhsil haqlarının yüksək olması kimi haqlı gileyi var: “Hətta, dövlət ali məktəblərində ödənişli əsaslarla təhsil alan tələbələrin onlara verilən zəif biliyin əvəzində çox pul alındığını qeyd etməliyəm. Statistikaya görə, dövlət təhsil müəssisələrində ödənişli fakultələrin ən minimal qiymətləri ölkədəki aylıq orta əmək haqqından (orta əmək haqqı təxminən 450 manat təşkil edir) çox yüksəkdir. Maliyyə durumu aşağı olan ailələrin uşaqlarının bu məktəblərdə oxuması, demək olar ki, qeyri-mümkündür və ya təhsil haqqını ödəmək üçün onlar borc tapmalıdırlar. Əgər bir ailədən iki uşaq pullu ixtisasa düşübsə, onda, bu, tamamilə mümkünsüz olur. Ölkədə baş verən devalivasiya, enerji və benzinin qiymətinin qalxması fonunda universitetlərdə onsuz da maddi yüklənmiş vətəndaşın üzərinə təhsil haqlarını qaldırmaqla əlavə yük qoyurlar. Reallıqda Azərbaycanda universitetlərin təhsil haqları 500-800 manatdan çox olmammalıdır. Xarici təcrübəyə əsasən qeyd edim ki, ABŞ-ın Priston, İngiltərənin Şeffild, Kanadanın Toronto kimi özəl universitetlərin də təhsil haqları yetərincə yüksəkdir. Onların da ödəniş sisteminə dövlət qarışmır. Amma onlardakı təhsilin keyfiyyəti nəzərə alınarsa, orada müəllimlərin tələbələrə verdiyi maksimum savad verilmiş pula dəyir. Belə olmasa idi, bu özəl universitetlərin adları dünyanın 100 ən yaxşı universiteti arasında ön sırada olmazdı” – K.Əsədov bildirib.

Ekspert hesab edir ki, Azərbaycanda hələ ki, yuxarıda adı çəkilən xarici özəl universitetlərin standartlarına cavab verən bir universitet varsa o da, Azərbaycan Diplomatik Akademiyasıdır (ADA): “Dövlət universiteti olan bu təhsil ocağının fakultələrinin illik təhsil haqqının qiyməti 6000-6500 manat civarında olsa belə, onların xüsusi qaydaları var: 670-700 bal yığan tələbələr ADA-da birinci il tamamilə pulsuz təhsil alırlar; əgər semestr imtahanlarını yüksək balla verirsənsə, yenə də həmin ili təhsili ödənişsiz başa vura bilərlər. Bizə yaxın olan ölkələrdən başqa bir misal da qeyd edim ki, neftlə zəngin olan Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) bütün dövlət universitetləri pulsuzdur. Bundan başqa, hər bir tələbəyə 700 dollara qədər təqaüd verilir. Küveytdə isə minə yaxın ali təhsil məktəbi var ki, onlar da hamısı dövlət hesabınadır. Burada subaylara 700, evlilərə 1200 dollar təqaüd verilir. Avropa ölkələrində də dövlət universitetləri ödənişsizdir. Bu ölkələrdə özəl universitetlərin illik qiyməti də çox yüksək deyil, 500-1000 arasında dəyişilir. Bundan başqa, çoxailəli və 14 yaşına kimi uşaqları olan ailələrin uşaqları da özəl universitetlərdə pulsuz təhsil alırlar”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Təhsil
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar