Təhsil haqqını ödəyə bilməyən tələbələrə - ŞAD XƏBƏR

Təhsil haqqını ödəyə bilməyən tələbələrə – ŞAD XƏBƏR
Want create site? Find Free WordPress Themes and plugins.

Ali məktəblərin bakalavr, magistratura, doktorantura pillələrinin tələbələrinə müvafiq kreditlərin verilməsi üçün “Təhsil haqqında” qanuna dəyişikliklər ediləcək.

A24.Az xəbər verir ki, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Modern.az-a açıqlamasında məlumat verib.

Komitə sədri bildirib ki, qanun layihəsində kredit verənlərin hüquqları, sponsorların əldə edəcəyi üstünlüklər, kredit alanın məsuliyyəti və vəzifələri əksini tapacaq.

“Artıq parlamentin Elm və təhsil komitəsinə təhsil haqlarını ödəyə bilməyən tələbələrlə bağlı qanunun hazırlanması üçün Təhsil Nazirliyindən, Gənclər və İdman Nazirliyindən, Milli Məclisin Gənclər və idman komitəsindən müraciətlər daxil olub. Hazırda bu istiqamətdə işlər aparılır. Hətta ola bilər ki, bununla bağlı yeni qanun layihəsi də hazırlansın. Hesab edirəm ki, “Təhsil haqqında” qanuna ediləcək dəyişiklikləri bu ilin sonuna qədər parlamentin iclasına çıxaracağıq”.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Təhsil
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar