Tək ayaqlı dünya gözəli-FOTOLAR

Tək ayaqlı dünya gözəli-FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Moda bloggeri Mama Cax kiçik yaşlarından tutulduğu xərçəng xəstəliyi ilə mübarizəsindən qalib ayrılsa da, bu xəstəlik onun bədənində yeri doldurulmayacaq izlər buraxıb.

A24.az xəbər verir ki, 14 yaşında olarkən 3 həftə ömür verilən Cax ailəsinin və dostlarının dəstəyi ilə həyata tutunmağı bacarıb.c1

16 yaşında olarkən xəstəlikdən zərər görən çanaq sümüküyünü bərpa etmək üçün əməliyyata girib. Ancaq bu əməliyyat gözlənilən kimi uğurlu alınmayıb.

c2

Xəstəlikdən qurtulsa da, xərçəng onu sağ ayağından edib.

c3

İki qol dəyənəyindən kömək alaraq protez ayaqla yeriməyə çalışan Mama Cax özünü biyonik olaraq görür. Gənc yaşlarından çoxsaylı problemlərlə qarşılaşan Cax həyata olan pozitiv baxışını heç vaxt itirməyib.

c4

İqtisadi vəziyyəti yaxşı olduğu üçün şanslı olduğunu və müalicə xərclərini ödəyə bildiyini söyləyən Mama pula ehtiyacı olanları qorumaq və müalicə almalarını təşkil etmək üçün layihələr hazırlamağa davam edir.

c5

Gözəl moda bloggeri, dünyanı gəzən fiziki qüsurlu şəxs kimi gəzdiyi yerləri, yediyi yeməkləri sosial mediadan izləyiciləri ilə paylaşır.

c6

Sadəcə bununla da yetinməyən Cax eyni zamanda stil ikonası olmaq yolunda inamla addımlayır. Əvvəllər ancaq başa taxılan şalları reklam edən Max bu aralar modellik etməklə vücudunu sərgiləməkdən də çəkinmir.

c7

İnstaqramda 73 min izləyicisi olan Mama heyranlarından aldığı dəstək ilə hər keçən gün özünü daha yaxşı hiss etdiyini bildirib.

c8

c9

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs