Tək başına 321 terrorçu öldürdü - VİDEO

Tək başına 321 terrorçu öldürdü – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

63 yaşı İraq vətəndaşı İŞİD-in kabusuna çevrilib.

A24.Az xəbər verir ki, snayper Əbu Tahsin iti görmə qabiliyyəti ilə separatçılara meydan oxuyur. O, 2015-ci ildən bu yana 321 İŞİD əsgərinin cəlladına çevrilib. O qeyd edib ki, 2 ildir ki, könüllü olaraq terror qruplaşmasına qarşı vuruşur:

“Bu dağların əhatə etdiyi ərazini görürsünüz? Allah şahidim olsun ki, buralara heç kim yaxın dura bilməz. Rahatam, zehnim rahatdır. Zaman-zaman məni başqa yerlərə xidmət etməyə göndərirlər, ancaq mən həmişə buraya gəlmək istəyirəm. Son olaraq 1 aylıq məzuniyyət götürməyimi istədilər və mən cəmi 12 günündən yararlandım”.

Qeyd edək ki, Əbu Tahsin indiyə kimi İran-İraq müharibəsi də daxil olmaqla 5 müharibədə iştirak edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar