Təkrar sınaqlar keçirilməyəcək

Təkrar sınaqlar keçirilməyəcək
Want create site? Find Free WordPress Themes and plugins.

Bu il ali məktəblərin bakalavr səviyyəsi üçün 4 sınaq imtahanı keçiriləcək.

“A24.az” məlumat verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib ki, sınaq imtahanları bu il aprelin 5-də, 12-də və 19-da və mayın 3-də təşkil olunacaq. Onun sözlərinə görə, keçiriləcək sınaq imtahanlarının 4-ü də yeni olacaq, yəni təkrar sınaq imtahanları keçirilməyəcək: “Təkrar imtahanlar onu göstərir ki, onlara yazılanların sayı elə də çox olmur. Bundan başqa, uşaqlar təkrar imtahana çox zaman ona görə yazılırlar ki, valideynlərə öz bilik səviyyəsi haqqında yanlış məlumat versinlər. Amma ola bilsin ki, tələbat olsa hansısa regionlarda elan olunan günlərdən başqa təkrar imtahanlar keçirək. Hələ ki, bu il Azərbaycanda 4 yeni sınaq imtahanı keçirməyi nəzərdə tuturuq”.

M.Abbaszadə qeyd edib ki, bu il bəzi qabiliyyət tələb edən ixtisaslara qəbul buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq. Onun sözlərinə görə, bu qaydalar cari ilin məzunlarına şamil olunacaq: “Qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən əvvəlki illərin məzunları isə buraxılış imtahanı səviyyəsində olan eksternat imtahanda iştirak edəcək. Əvvəlki illərin attestat qiymətlərini nəzərə ala bilməyəcəyik. Onların səviyyəsi bu ilki məzunların səviyyəsi ilə eyni olmalıdır”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Təhsil
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar