Tələbə qız ev sahibini bıçaqlayıb - SUMQAYITDA

Tələbə qız ev sahibini bıçaqlayıb – SUMQAYITDA
Want create site? Find Free WordPress Themes and plugins.

Sumqayıtda qətl törədilib.

“A24.az” xəbər verir ki, Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə şəhərin 9-cu mikrorayonunda qeydə alınıb. Orada kirayədə yaşayan, 1994-cü il təvəllüdlü Şərqiyə Mehdi qızı Ramazanova ev sahibi, 1940-cı il təvəllüdlü Səmayə Nəcəfovanı bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən Ş. Ramazanova saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Məlumata görə, Ş. Ramazanova Sumqayıt Dövlət Universitetinin tələbəsidir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar