Ayaqları qırılan tələbə qız xəstəxanada öldü

Ayaqları qırılan tələbə qız xəstəxanada öldü
Want create site? Find Free WordPress Themes and plugins.
Lənkəranda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“A24.az” məlumat verir ki,  hadisə yanvarın 31-də Lənkəran-Lerik yolunun rayonun Kərgəlan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“İpək yolu”nun tikintisində çalışan ağır tonnajlı yük maşını yolu keçmək istəyən Lerik rayon sakini, 18 yaşlı Şəbnəm Əlövsət qızı Əlinuru vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada zəruri tədbirlər görülüb, yaralıya təcili olaraq qan köçürülüb.

Lakin yaralı qızın səhhətində heç bir irəliləyiş müşahidə olunmadığından həkimlər onu Bakıdakı xəstəxanalardan birinə yola salmaq qərarına gəliblər. Lakin Ş. Əlinuru paytaxta aparmaq planı baş tutmayıb. O, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, Ş.Əlinur Lənkəran Humanitar Kollecinin tələbəsidir.

(APA)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar