Tələbələr bu xəbəri - MÜTLƏQ OXUSUN - VİDEO

Tələbələr bu xəbəri – MÜTLƏQ OXUSUN – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bir universitetdən digərinə köçürülmək istəyən tələbələrin qeydiyyatına gələn həftənin birinci günündən etibarən başlanılacaq. Təhsil Nazirliyi bununla bağlı tələbləri açıqlayıb. Bəzi tələblər var ki, köçürülməyə mane olur. Daha təfərrüatlı növbəti xəbərimizdə.

İyul ayının 17-dən etibarən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi məqsədilə elektron sənəd qəbuluna başlanacaq. Sənəd qəbulu transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Xaricdə öz rəsmi qurumları tərəfindən qeydiyyata alınmayan ali təhsil müəssisələrində təhsil alan tələbələrin Azərbaycanın ali təhsil müəssisələrinə köçürülməsinə isə yol verilmir. Akademik borc isə köçürülməyə mane olmayacaq.

Qeyd edək ki, köçürülmə prosesi ilə əlaqədər tələbələrin qeydiyyatı avqust ayının 15-dək aparılacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Təhsil
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar