Telefondan da zərərli olan və əlimizdən düşməyən ƏŞYA HANSIDIR?

Telefondan da zərərli olan və əlimizdən düşməyən ƏŞYA HANSIDIR?
Want create site? Find Free WordPress Themes and plugins.

Həyatımızın bir hissəsinə çevrilən mobil telefonlar həqiqətən də zərərlidir. Lakin həyatımızdakı yeganə zərərli və günahkar olan cihaz ancaq mobil telefondur?

Bəli, mobil telefon xərçəng xəstəliyinə səbəb olur, beynə ziyandır, hətta sonsuzluq da yaradır. Bəs, bütün bu iddialar həqiqətdir? Evimizdə mobil telefonlardan başqa daha hansı cihazlar bizim üçün təhlükəlidir?

“A24.az” bildirir ki, Türkiyənin beyin və sinir cərrahı Dr. Emre Ünal bu barədə ətraflı məlumat verib. O bildirib ki, mobil telefonlar radiasiya yayır və bədənimizə mənfi təsirləri var. “Ancaq hansısa xəstəliyə səbəb olmasıyla bağlı isbat edilmiş bir araşdırma yoxdur. Çünki televizor və soyuducu pultu, həmçinin mikrodalğalı sobada da eyni səviyyədə təhlükə var”.

Evimiz radiasiya ocağıdır…

Bildiyimiz kimi mobil telefonlar radiasiya yayır. Radiasiyanın bədənimizə göstərdiyi təsirlər  isə əksəriyyətimizə məlumdur. Hətta telefonları “uçuş” rejiminə alsaq belə radiasiyadan qaçmağımıza kömək etmir, sadəcə aldığımız radiasiyanın miqdarını bir qədər azaldır. Dünya Sağlamlıq Təşkilatının hesabatına görə, radiasiya xərçəngin ən başlıca səbəblərindən biridir. O zaman mobil telefonlar radiasiya yaydığı halda, soyuducu, televizor, mikrodalğalı soba kimi evimizdəki bəzi cihazlar məsumdurlar? Əlbəttə, hər evdə olan bu cihazlar da radiasiya yayır.

Televizor pultları infraqırmızı şüalar yayırlar və yaydıqları şüanın tezliyi mikrodalğalı soba və mobil telefonların yaydıqlarından da çoxdur. Bundan başqa təyyarə ilə səfər edərkən belə bədənimiz müəyyən miqdarda radiasiyaya məruz qalır. Ona görə də pilot və bələdçilərin müəyyən müddətdən sonra təyyarədə uçmalarına icazə verilmir.

İndiyə qədər aparılan araşdırmalarda mobil telefonların beyində şişin yaratdığına dair sübut olunmuş dəlil yoxdur. Lakin çoxlama orqanlarının telefonların yaydığı radiasiyadan təsirlənmədiyi də sübut olunmayıb. Zərər vermədiyi ilə bağlı məlumatın olmaması “zərərli olmadığı” və “tədbir görmək lazım deyil” mənasını vermir.

Həyatımızdakı radiasiyanı azaltmaq üçün 5 məsləhət

1 – Mobil telefonla danışan zaman qulaqlıqdan istifadə edin

2 – Mobil telefonunuzu zəngli saata qoşursunuzsa, telefonu “uçuş” rejiminə qoyun

3 – Mobil telefonu bədəninizdən uzaq tutun

4 – İş yerində uzun müddət kompüter arxasında əyləşdikdən sonra, evə gəlib dərhal televizorun qarşısına keçməyin. Yürüş edin, kitab oxuyun.

5 – Fürsət düşdükcə təbiət qoynunda təkbaşına nəfəs alın

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar