Telekanalda maliyyə sıxıntısı — İXTİSARLAR GÖZLƏNİLİR

ARB TV-də yeni ildən bəzi verilişlərin yayımının dayandırılma ehtimalı olduğu və ixtisarların olacağı iddia olunur.

A24.az xəbər verir ki, sentyabr ayında rebrendinq edərək, yeni proqramlara və ümumi efir konsepsiyasına xeyli vəsait ayıran ARB TV-də maliyyə problemləri yaranmağa başlayıb.

Xatırladaq ki, telekanal bu ilin sentyabr ayında həyata keçirdiyi rebrendinqdən sonra əsasən fəaliyyəti dayandırılmış ANS TV olmaq üzrə bir çox televiziya kanallarından tanınmış simaları işə dəvət edərək komandalarına qatıblar.

Məsələ ilə bağlı ARB TV nin strateji inkişaf və media direktoru İsmayıl Həsənovla əlaqə saxladıq, lakin o, qeyd edilən iddialara münasibət bildirmək istəmədi. Yalnız onu vurğuladı ki, telekanal olaraq 2017 –ci ildə əsas məqsədləri sırasında yeni efir konsepsiyasının və formalaşdırılan komandanın qorunması olacaq. /ölkə.az/

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR