Teleməkanda yeri görünən verilişlər

Teleməkanda yeri görünün verilişlər
Want create site? Find Free WordPress Themes and plugins.

Son zamanlar statistika göstərir ki, ölkəmizdə televiziyaya baxanların sayı kəskin şəkildə azalıb. Buna səbəb bir neçə amil sadalamaq olar. İnsanların sosial şəbəkələrdən daha çox istifadə etməsi, televiziyada verilən məlumatların səmimiyyətini itirməsi və ən əsası isə teleməkanda bayağı proqramların çox olması televiziya izləyicilərini bu media resursundan soyudub.

Bunula yanaşı televiziyalarımızda elə layihələr olub ki, öz dönəminə damğasını vurmaqla yanaşı bu günə kimi hamının yadındadır. Bu cür verilişlərin televiziyamızda hələ də yeri görünür. A24.az redaksiyası sizin üçün bu günə kimi teleməkana öz damğasının vuran 10 telelayihənin siyahısını tərtib etdib.
1. “Ailələr və Talelər”
Azərbaycanın Əməkdar artisti Nailə İslamzadənin müəllifi və aparıcı olduğu bu veriliş Dövlət televiziyasında yayımlanırdı.

2. “Qulp”
Telejurnalist Mübariz Əsgərovun vizit kartı olan satirik proqram ilk dəfə 1992-ci ildə AzTV-də efirə çıxıb. 1998-ci ildən ANS-də yayımına davam edən “Qulp”, cəmiyyətdə baş verən ictimai, siyasi hadisələrə satirik prizmadan baxıb, bütün çatışmazlıqları cəmiyyətin özünə göstərirdi.


3. “Kino klub”
Dövlət Televiziyasında yayımlanan bu əyləncə proqramında Azərbaycan kinosunun görkəmli simalarını birlikdə görmək olardı. Dəyərli aktyorlarımız milli filmlərimizin çəkiliş meydançalarında baş verən məzəli hadisələr haqqında izləyicilərə danışırdılar.


4. “Sən bir nəğmə”
Bu verlişin izləyiciləri bazar axşamlarını səbirsizliklə gözləyirdilər. Ceyran Rəhimovun qonağı olan müğənnilər sözdən söz çıxarıb həmin sözlərə uyğun mahnılar ifa edirdilər.

5. “Mərc şou”
Son zamanalar “Maşın şou” ilə reytinqləri alt-üst edən Murad Dadaşov, Parni iz Baku KVN komandası dağıldıqdan sonra televizya məkanına “Mərc şou” ilə gəlib. Mərc şouda kimləri görmədik ki? Bu şouda “Şeron” qrupunun səsləndirdiyi mahnılar bu günə kimi hələ də dillərdə gəzir.


6. “Çəkirəm haa…”
Xəyalə Quliyevanın aparıcısı olduğu “Çəkirəm haa…” cümə axşamı Azad Azərbaycan TV-da yayımlanırdı. Bu proqram ölkəmizdə kamera zarafatına yeni nəfəs gətirdi.


7. De, gəlsin!
İlk buraxılışı 2001-ci ildə yayımlanan “De, gəlsin!” ölkədə böyük səs-küyə səbəb oldu. İlk dəfə televiziya meyxana ustadlarına söz güləşdirmək üçün meydan sahibliyi etdi. Bu televiziya ilə ANS idi.

8. “Yeni Ulduz”
Dünyada televiziyaların SMS-lə səs yarışmalarının keçirməsi tendensiyası ölkəmizdə də baş tutdu. Bu tendensiyanın ilk göyərçini isə “Yeni Ulduz” oldu. ATV-də yayımlanan müsabiqədə seçim mərhələsinə gələn maraqlı insanlar proqramı daha da rəngarəng edirdilər.

9. “Tele-Taym”
İlk aparıcısı Azər Axşam olan verilişə iştirakçılar telefonla qoşularaq intellekual sullara cavab verib hədiyyələr qazanırdılar. Lider TV-də yayımlanan verlişinin sonrakı aparıcısl Səxavət Nur oldu.

10. Tək səbir
Gənc heyətə sahib olan bu proqramı 2000-ci illərədə demək olar ki, hamı izləyirdi. Space TV-də yayımlanan veriliş bizə Ferda Amin, Elməddin Cəfərov, Müşfiq Şahverdiyev kimi istedadlı aktyorları tanıtdı.

Əcəmi Əsədulla

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar