Televizor pulutunu oğurladığı üçün 22 il azadlıqdan məhrum edildi – FOTO

Televizor pulutunu oğurladığı üçün 22 il azadlıqdan məhrum edildi – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-ın İllinois əyalətində Erik Bramvell adlı bir şəxs televizor pultunu oğurladığı üçün 22 il müddətinə azadlıqdan məhrum edilib.

“A24.az”ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Erik Bramvel noyabr ayında təqsirkar olaraq həbs edilib və artıq yanvar ayında 22 il müddətinə həbs cəzasına məhkum edilib. 35 yaşlı Bramvel televizoru uzaqdan idarə edən pultu 2015-ci ilin avqust ayında Wheaton şəhərində yerləşən bir mənzildən oğurladığı və hadisə zamanı əlcəyini həmin mənzildə itirdiyi bildirilib.

Əlcəyində DNT-si aşkarlanan Bramvell yaxalanıb və məhkəməyə çıxarılıb. Şübhəlinin daha əvvəl bir neçə televizor oğurluğunda əli olduğu açıqlanıb. Hadisədə təqsirli bilinən Bramvell bundan əvvəlki cinayətləri də nəzərə alınaraq həbsə göndərilib.

Qeyd edək ki, ABŞ-da olan məhbusların sayı dünyanın ən yüksək göstəricilərindəndir. 2016-cı ildə açıqlanan hesabata görə, dövlət, yerli, federal və gənclərin saxlandığı həbsxanalarda 2,3 milyon məhkum var.

bramwell2m5d6rxoaveihpklyzsbxtw

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Kriminal, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar