Temperatur 26 dərəcəyədək yüksələcək - HAVA PROQNOZU

Temperatur 26 dərəcəyədək yüksələcək – HAVA PROQNOZU
Want create site? Find Free WordPress Themes and plugins.

Martın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

“A24.az” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9 dərəcə isti, gündüz 15-20 dərəcə isti, bəzi yerlərdə 23 dərəcəyədək isti, Bakıda gecə 7-9 dərəcə isti, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan aşağı, 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 7-12 dərəcə isti, gündüz 18-23 dərəcə isti, bəzi yerlərdə 26 dərəcəyədək isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 11-16 dərəcə isti, bəzi yerlərdə 19 dərəcəyədək isti olacağı gözlənilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar