"Tencent" AppStore”un analoqunu yaratdı - "Kitayski yenilik"

“Tencent” AppStore”un analoqunu yaratdı – “Kitayski yenilik”
Want create site? Find Free WordPress Themes and plugins.

“Tencent” şirkətinin istehsalı olan “Çin AppStore”u populyarlıq qazanmaqda davam edir.

A24.Az İKT.lent.az-a istinadən xəbər verir ki, gündəlik olaraq bütün dünya üzrə 750 milyon istifadəçi xidməti ziyarət edir. İnternet market “WeChat” messencerinin istifadəçiləri üçün mini əlavələr təqdim edir.

Bazar ertəsi, yanvarın 9-da Çinin “Tencent” telekommunikasiya şirkəti ictimaiyyətə “WeChat” messencerinin bazasında yaradılan “AppStore”un analoqunu təqdim edib. Bu xidmət istifadəçilərə 100-dən artıq mini əlavə təqdim edir. Xidmət həm iOS, həm də “Android” əməliyyat sistemlərinin istifadəçilərinin istifadəsi üçün mümkündür. İnternet market böyük populyarlığa malikdir, xidmətə gündəlik daxilolmanın sayı 768 milyon nəfərdir.

Eyni zamanda “Apple Inc.” şirkəti rəsmi bəyanatla çıxış edib və “Tencent” şirkətinə “Apps” sözünün marketin adının qarşısında istifadə olunmasına qadağa qoyub. Korporasiyanın fikrincə, “iTunes”in analogiyasının bilərəkdən istifadə olunması istifadəçilər arasında çaşqınlıq yaradır və orijinal “AppStore”un mövqelərini zəiflədir. Artıq “Apps”ın əvəzinə saytda “mini-əlavələr” yayılır ki, bu da onu “Apple”in kontentinə oxşadır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Texnologiya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar