Təngnəfəsliyə təbii vasitə

Təngnəfəsliyə təbii vasitə
Want create site? Find Free WordPress Themes and plugins.

Bəzən bir neçə mərtəbə çıxdıqda və ya bir neçə metr getdikdə təngnəfəsliklə üzləşənlər olur. Şübhəsiz ki, bu, ilk növbədə, ürək-damar sistemində yaranan problemin əlamətidir. Hansı üsullardan istifadə etməklə bu sahədə olan problemi aradan qaldırmaq olar?

A24.Az xəbər verir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-kardioloqu Nərgiz Məmmədova AZƏRTAC-a müsahibəsində həmin hallarla üzləşənlərin istifadə edə biləcəyi bir neçə resept haqqında məlumat verib .

Onun sözlərinə görə, heyva şirəsi, quru əncir suyu və ilıq hala gətirilmiş üzüm şirəsi təngnəfəsliyə qarşı istifadə olunan ən təsirli təbii vasitələrdir. Xörəkdə darçın işlətmək nəfəs yollarını genişləndirir, kərəviz yemək isə bu orqana faydalı təsir göstərir. Zəfəran ağciyərləri möhkəmləndirir və nəfəsalmanı genişləndirir.

O, bununla əlaqədar daha bir neçə sadə üsul haqqında danışıb: “Bir litr alma sirkəsinin içərisinə yarıya qədər şam ağacının qoz boyda təzə qozaları tökülür, 10 gün saxlanılandan sonra qozalar çıxarılır. Hazır sirkədən gündə iki dəfə səhər-axşam 1 xörək qaşığı 1 stəkan suya qarışdıraraq içilir.

Üç xörək qaşığı şam qozası üç stəkan suda dəmlənilir, gündə üç dəfə yeməkdən əvvəl bir stəkan içilir. Bu tərkibin varikoz və daxili göbələk əleyhinə təsiri də var.

Təngnəfəsliklə üzləşənlərin cirə yeməsi də faydalı hesab olunur. Onun süsən kökü ilə qaynadılıb içilməsi daha xeyirlidir. Aptek çobanyastığı da eyni təsirə malikdir.

Badam yağını bal, mum və gül yağı ilə qarışdırıb istifadə etmək, eləcə də təzə süd içmək məsləhətdir. Bu sahədə ən yaxşı vasitələrdən biri də dəvə südüdür”.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar