Terrorçuların hücumu nəticəsində öldürülən azərbaycanlı qadının iki oğlu ağır yaralanıb - FOTO

Terrorçuların hücumu nəticəsində öldürülən azərbaycanlı qadının iki oğlu ağır yaralanıb – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Somalinin paytaxtı Moqadişo yaxınlığında mikroavtobusa edilən hücum nəticəsində ölən və yaralanan Azərbaycan vətəndaşlarının kimliyi müəyyənləşib.

“A24.az”ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə zamanı Göyçayın Ləkçılpaq kənd sakini, 1982-ci il təvəllüdlü İsmayılova Kəmalə Savalan qızı ölüb, onun iki oğlu – 11 yaşlı Nihad və 10 yaşlı Nicat İsmayılovlar isə ağır bədən xəsarətləri ilə paytaxt xəstəxanalarından birinə yerləşdirilib.

Hadisə barədə xəbər tutan Kəmalə İsmayılovanın həyat yoldaşı İsmayılov Əflatun Veysəl oğlu koma vəziyyətinə düşüb.

Bu barədə məlumatı APA-nın yerli bürosuna ailənin yaxın qohumu, Göyçay sakini Şahin Yaqubov verib. Onun sözlərinə görə, uzun müddət ailəsi ilə birgə Türkiyədə yaşayan və sonradan işləmək üçün Somaliyə göndərilən Ə.İsmayılov “Turkish Airlines” şirkətinin Somalidəki nümayəndəliyində və türk turizm şirkətində çalışır. Kəmalə İsmayılova isə Moqadişoda fəaliyyət göstərən Türk Özəl Liseyində müəllimə olub. Türk liseyinin direktoru, Əflatun İsmayılovun yeznəsi Bülənt Ərgünəş telefonla zəng edərək onun qardaşı Aslan İsmayılova hadisə barədə məlumat verib. Bülənt Ərgünəşin sözlərinə görə, içərisində Azərbaycan və Türkiyə vətəndaşlarının olduğu liseyə məxsus mikroavtobus silahlı hücuma məruz qalıb. Həmin vaxt avtomobildə 6 müəllim və 6 şagirdin olduğu bildirilir. Nəticədə 6 nəfər ölüb, digərləri ağır yaralanıb.

c6fcc94be936e334360839ce8b62e557

1afb0226ac5798913926d4e2862a6eeb

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar