Terroristlər "keçə bilməzlər" dedi- Türk əsgəri oranı da ADDIM-ADDIM təmizlədi

Terroristlər “keçə bilməzlər” dedi- Türk əsgəri oranı da ADDIM-ADDIM təmizlədi
Want create site? Find Free WordPress Themes and plugins.

Türk əsgəri addım-addım Kandilə doğru irəliləyir.
A24.Az xəbər verir ki, Kandilə gedən yol üzərindəki Hakurka artıq çata biliblər. Əmin addımlarla irəliləyən Türk əsgəri gün ərzində 4 kilometr yolu terroristlərdən təmizləyır. Bununla da blokada strategiyasını tətbiq edir.
Xarici işlər naziri Mövlud Çavuşoğlu isə “İraq höküməti ilə PKK-ya qarşı birgə əməliyyatlar zəruridir. Sərhəd ətrafı əməliyyatların həyata keçirilməsi üçün növbədənkənar seçki prosesinin bitməsi gözlənilməlidir. Bu mərhələdən sonra həyata keçirilməsi mümkündür” deyib.

Çavuşoğlu Hakurkda 200 PKK-lı terroristin öldürüldüyünü, türk əsgərinin siyası proseslər ərəfəsində yalnız addımladığını da qeyd edib.

Əsgərlərin psixoloji hazırlığının da bu əməliyyatlarda önəmli yeri var. Belə ki, terroristlərin “keçə bilməzlər” dedikləri yollar bu gün üçün təmizlənib və nəzarət türk əsgərinin əlindədir. Sinat- Haftanın, Zap və Hakurk bölgələrində təmizlik işləri yekunlaşdırılıb.

Türk rəsmilərinin sözlərinə görə bu yöndə aparılan əməliyyatlar “bokada- çərçivəyə salma” əməliyyatı sayılır. İranın da dəstək verməsi mühim bir addımdır. Çünki Murad Karayılan və Cemil Bayık adlı iki terrorist liderlərinin İrandakı sığınacaqlarına qaçdığı iddi edilir. Adıçəkilən ölkədə terrorist qruplaşmasının PEJAK qolunun olduğunu nəzərə alsaq, İranın dəstək verməsi rəsmi Ankaranı bu yolda ümidləndirir.

Xəyalə Vaqif, A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar