Tərtərdə pambıq sahəsində 14 nəfər zəhərləndi - vəziyyəti ağır olanlar var

Tərtərdə pambıq sahəsində 14 nəfər zəhərləndi – vəziyyəti ağır olanlar var
Want create site? Find Free WordPress Themes and plugins.

Tərtər rayonundakı pambıq sahələrindən birində kütləvi zəhərlənmə hadisəsi baş verib.

“A24.az” xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyindən “Report”un Qarabağ bürosuna verilən məlumata görə, hadisə ötən gün rayonun Səydimli kəndində Rasim Həsənova məxsus pambıq sahəsində qeydə alınıb.

Bildirilir ki, təsərrüfat işi ilə məşğul olan zaman zəhərlənən 14 yerli sakin Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, 9 nəfər tibbi yardım göstərilərək evə buraxılıb, digər 5 nəfərin vəziyyəti ağır olduğundan, onlar Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicə-müayinə işləri davam etdirilir.

Yaranmış vəziyyətlə bağlı Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları bölgəyə ezam olunub. Hadisənin baş verdiyi pambıq sahəsindən və digər sahələrdən laboratoriya üçün nümunələr götürülüb. Araşdırmalara başlanılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə, Gündəm, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar