Test tərtibatçılarının nəzərinə - DİM bu testləri qəbul etməyəcək

Test tərtibatçılarının nəzərinə – DİM bu testləri qəbul etməyəcək
Want create site? Find Free WordPress Themes and plugins.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən yekun qiymətləndirmə (buraxılış) və ali təhsil müəssisələrinə qəbul imtahanlarının proqramlarına daxil olan fənlər üzrə qapalı və açıq tipli, eləcə də mətn və situasiya əsasında test tapşırıqları hazırlamaq istəyən şəxslər yazdıqları mətnləri və test tapşırıqlarını [email protected] mail ünvanına göndərə bilərlər.

DİM-dən A24.az-a verilən məlumata görə, test tapşırıqları hazırda orta ümumtəhsil məktəblərində tədris edilən təhsil proqramında (kurikulumda) yer alan və müvafiq fənnin təlim nəticələrində əks olunan bilik və bacarıqların yoxlanılmasına xidmət etməlidir. Çox bəsit və faktoloji bilikləri yoxlayan test tapşırıqları qəbul edilməyəcək. Test tapşırıqlarının mövzusu qəbul proqramı və dərsliklər çərçivəsindən kənara çıxmamalıdır.

Müvafiq tələblərə cavab verən və ekspertizadan keçirilərək test bankına daxil edilən hər bir test tapşırığı və mətnə görə müəlliflərə müqavilə əsasında mövcud tariflərə əsasən əməkhaqqı ödəniləcək.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar