Testlərin ilk günündə Həmilton birinci olub

Testlərin ilk günündə Həmilton birinci olub
Want create site? Find Free WordPress Themes and plugins.

A24.az xəbər verir ki, Maqnussen nahar fasiləsində bildirib ki, onuncu döngədən əvvəl idarəetməni itirib. Force İndia-nı testlərin ilk günündə Serxio Peres təmsil edib. Günün ilk hissəsi problemsiz keçib və meksikalı 39 dövrə vurub. Lakin sonra qazburaxma sistemindəki nasazlığa görə komanda günü erkən başa vurmalı olub. Mercedes AMG isə keçən il də olduğu kimi, gün ərzində iki sürücünün köməyindən istifadə edir. Belə olduqda, sürücülərin üzərinə çox yük düşmür və komanda daha çox məsafə qət edə bilir. Günün ilk hissəsində Valtteri Bottas, nahardan sonra isə Lyuis Həmilton W08-in sükanı arxasına keçiblər.  Bottas 79, Həmilton isə 73 dövrə vurub. Komanda nahardan əvvəl və sonra fərqli aerodinamik elementləri sınaqdan keçirib ki, yekunda müqayisə etmək mümkün olsun. Onlar qət edilən məsafəyə görə birinci olublar və ilk günün nəticələrindən razı qalıblar.

Lyuis Həmilton günün ən sürətli dövrəsini vurub – 1:21.765. Onun dövrəsi keçənilki poul nəticəsini üstələyib. Trasın rekordu 2008-ci ildəki 1:18.339-luq nəticədir. Bu, hələ ki, əlçatmaz görünür. Lakin nəzərə almalıyıq ki, yeni maşınlardan gözləntilər çoxdur və testlərin ilk günündə komandalar adətən sürətli dövrələr vurmağa çalışmırlar. İkinci yeri Sebastyan Fettel, üçüncü yeri isə Felipe Massa tutublar. Sürücülər arasında ən çox məsafə qət edən isə Sebastyan Fettel olub. O, 129 dövrə vurub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Formula1, İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar