Təvəkkül Dadaşov: "ANS TVANS ÇM-in bağlanması mühüm qərardı"

Təvəkkül Dadaşov: “ANS TV və ANS ÇM-in bağlanması mühüm qərardı”
Want create site? Find Free WordPress Themes and plugins.

“Bu ilin ən mühüm qərarı ANS TV və ANS ÇM-in lisenziyasına xitam verilməsi oldu”.

“A24.az” xəbər verir ki, bunu “report”a açıqlamasında Milli Televiziya və Radio Şurası (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov deyib.

Onun sözlərinə görə, cari il ötən illərlə müqayisədə teleradio yayımçıları tərəfindən demək olar qanunçuluğa daha çox riayət edilməsi ilə diqqəti cəlb edib: “Əgər əvvəlki illərdə verilişlər, aparıcılarla bağlı daha çox pozuntu halları, şikayətlər olurdusa, ancaq bu il xeyli azalıb. Bu da MTRŞ-nin əvvəlki dövrlərdə atdığı addımların, verdiyi qərarların öz təsirini göstərdiyinə əyani sübutdur. Əlbəttə, bu il də Şura yayımçılara qarşı müvafiq cəzalar tətbiq etmək məcburiyyətində qaldı. Bu da yayımçıların qanunvericiliyin tələblərinə riayət etməməsi səviyyəsinə adekvat olub. Xüsusilə ANS TV və ANS ÇM-in lisenziyasına xitam verilməsini 2016-cı ilin ən mühüm qərarı olduğunu deyə bilərik. Şuranın apardığı monitorinqlər yayımçıların qanunvericiliyin xüsusilə ağır maddələri üzrə pozuntulara yol verdiklərini və bunu davamlı şəkildə təkrarladıqları müşahidə olunmuşdu. Nəticədə onların fəaliyyəti dayandırıldı”.

Şöbə müdiri bildirib ki, bu gün ölkədə teleradio sisteminin inkişafı hansısa fərdlərdən, yayımçılardan asılı deyil: “Artıq teleradio yayımı sahəsi özlüyündə bir sistem, bir prosesə çevrilib. Bu sistem və proses zamanı çatdığında öz sıralarını saf-çürük edə, təmizləyə, daha keyfiyyətliləri ilə yola davam edə bilər. Bir və ya iki yayımçının olmaması sistemin ahəngini poza bilməz. Bu gün Azərbaycanın teleradio məkanında öz yeri, dəst-xətti olan onlarla yayımçı var. Yayımçıların proqram səbətləri də rəngarəngdir. Məlumdur ki, ölkədə həm tematik, həm də adi yayımçılar var. Artıq tamaşaçı seçim imkanlarına malikdir. Yayımçıların proqram səbətinin rəngarəngliyi xüsusilə önəmlidir. Təbii ki, müşahidələrimiz büdcədən maliyyələşən yayımçıların maarifləndirici və ciddi proqram səbətinə malik olduqlarını göstərir. Özəl yayımçılar isə ciddi verilişlərlə yanaşı, musiqiyə, əyləncəyə xüsusi önəm verirlər. Əlbəttə, bu da normal haldır. Düzdür, əyləncəli layihələrlə bağlı müəyyən problemlər diqqəti cəlb edir. Belə ki, bir sıra yayımçılar əyləncəli verilişləri lazımı səviyyədə təqdim edə bilmirlər. Bu da tamaşaçı zövqünün korlanmasına gətirib çıxarır və haqlı narazılığa, Azərbaycan tamaşaçısının xarici telekanallara yönəlməsinə gətirib çıxarır. Bu, Şuranı ən çox narahat edən məsələlərdəndir”.

T.Dadaşov vurğulayıb ki, son vaxtlar kütləvi şəkildə yayımlanan yumoristik teleseriallar da diqqəti cəlb edir: “Məlumdur ki, həmin teleserialların geniş tamaşaçı auditoriyası var. Deməli, onlara ehtiyac var. Bu gün həmin teleseriallardan ciddi şikayətlər yoxdur. Eyni zamanda, həmin teleserialları yayımlayan telekanallar proqram səbətlərində daha sanballı verilişlər verməklə balansı saxlaya bilirlər. İnanırıq ki, 2017-ci il yayımçılar üçün daha uğurlu il olacaq”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Media
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar