Texnologiyanın 7 maraqlı ixtirası - HEYRAN QALACAQSINIZ

Texnologiyanın 7 maraqlı ixtirası – HEYRAN QALACAQSINIZ
Want create site? Find Free WordPress Themes and plugins.

Texnologiyanın inkişaf etdiyi bir dövrdə hər gün qarşılaşdığımız texnoloji yeniliklər bizi sürətlə onların dalınca qaçmağa vadar edir. Lakin bəzən nə qədər sürətlə qaçsaq da onların inkişafına çata bilmirik. Çünki texnologiyanın inkişafı kimi, onun əldə edilməsi də müəyyən maddi vəsait tələb edir.

Odur ki, “a24.az” sizə son zamanlar kəşf olunan texnologiyanın 7 möcüzəvi ixtirasını təqdim edir:

Barmaq xətkeşi…

Təxmini bir ölçü tutmaqla sizə həqiqi ölçüləri göstərən bu xətkeş ilə hər yeri ölçə bilərsiniz.

Şəbəkəyə ehtiyacı olmayan messenger…

“GoTenna” adlı qurğu internet şəbəkəsi olmayan yerlərdə belə mesaj göndərə bilməyinizə şərait yaradır. Bu yenilik tez-tez səyahət edən şəxslər üçün möhtəşəm bir ixtiradır.

Toxunduğu əşyaların rəngində yazan qələm…

Qələm ətrafdakı əşyaların rəngini təyin edir və o rəngdə yazmağınıza şərait yaradır.

İt tərcüməçisi…

“No More Woof” adındakı bu alət itinizin ehtiyaclarını birbaşa olaraq anlamağa şərait yaradır.

Qaranlıqda böyüyən bitki…

Bəli, düzgün oxudunuz. Bu bitki bir qrup biotexnologiya həvəskarları tərəfindən hazırlanıb. Parlaq bakteriya genlərinin tütün bitkisinə köçürərək yaradılan bitki, qaranlıqda böyüyür və öz işığını istehsal edir.

Daşına bilən mini printer…

“ZutA” adında İsrailli bir firma tərəfindən hazırlanan printer, istədiyiniz zaman, istədiyiniz yerdə çap etməyinizə şərait yaradır və ağıllı telefonlarla idarə edilir.

Barmaqla mətn oxuyan…

“FingerReader” adındakı bu alət barmağınızı üzərindən keçirdiyiniz bütün sözləri yüksək səslə oxuya bilir və hətta tərcümə edir. Xüsusilə görmə problemi olan şəxslər üçün möhtəşəm bir ixtiradır.

(metbuat.az)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar