Teymur Rəcəbov klublararası Avropa çempionatından çıxarıldı

Teymur Rəcəbov klublararası Avropa çempionatından çıxarıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan şahmatçıları növbəti ciddi yarışa çıxıblar.

A24.Az xəbər verir ki, Yunanıstanın Xalkidi yarımadasında keçirilən klublararası Avropa çempionatı start götürüb.

Bu yarışda Azərbaycanı Mahir Məmmədovun rəhbəri olduğu “Odlar Yurdu” klubu təmsil edir. Kişilərin komandasında son anda Teymur Rəcəbov heyətdən çıxarılıb.

Kişilərdən ibarət səkkiz nəfərlik heyət bu şahmatçılardan qurulub: Şəhriyar MəmmədyarovArkadi NaydiçRauf MəmmədovEltac SəfərliQədir HüseynovVasif DurarbəyliNicat AbbasovCahangir Ağarəhimov.

Komandamızın hazırda Finlandiyanın “Komeon” klubu ilə görüşü keçirilir.

Fikrət Sideifzadənin kapitanı olduğu qızlardan ibarət “Odlar Yurdu” komandası isə Gürcüstanın Batumi şəhərində bu ay keçirilmiş Ümumdünya Şahmat Olimpiadasındakı heyətlə çıxış edəcək: Günay MəmmədzadəZeynəb MəmmədyarovaXanım BalacayevaGülnar MəmmədovaÜlviyyə Fətəliyeva.

Qadınlar hazırda Sloveniyanın  “Maribor” komandasının şahmatçıları ilə mübarizə aparır.

 

Oxu.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar