Təyyarə ilə fasiləsiz uçuşda rekord yeniləndi

Təyyarə ilə fasiləsiz uçuşda rekord yeniləndi
Want create site? Find Free WordPress Themes and plugins.

Dünyada fasilə olmadan ən uzun təyyarə uçuşu qeydə alınıb.

“A24.az”ın məlumatına görə, ABŞ-ın Los Anceles şəhərindən havaya qalxan “United Airlines” aviaşirkətinə məxsus “Boeing 787-9 Dreamliner” təyyarəsi 14 min kilometrlik Sinqapur reysini fasiləsiz icra edərək dünya rekorduna imza atıb.

Göyərtəsində 252 sərnişin aparan təyyarə düz 17 saat 55 dəqiqə havada olub. Hava gəmisi ABŞ-a 15 saat 15 dəqiqəyə qayıdıb.

Xatırladaq ki, bundan əvvəlki rekord 2017-ci ilin fevral ayında “Qətər Hava Yolları”nın Dohadan Yeni Zelandiyanın Oklanda şəhərinə 14 535 km-lik məsafəni 16 saat 23 dəqiqəyə qət edən təyyarəsinə məxsus olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar