Təyyarəni qaçıran şəxs psixi pozğunluqdan əziyyət çəkir

Təyyarəni qaçıran şəxs psixi pozğunluqdan əziyyət çəkir
Want create site? Find Free WordPress Themes and plugins.

A320 təyyarəsini qaçıran misirli İbrahim Samah kiprli keçmiş həyat yoldaşı Mariya Parasxu üçün təyyarədən məktub atıb.

Bu barədə “a24.az” TASS agentliyinə istinadən məlumat verir.

Məlumata görə, o, məktubu Kipr polisinə keçmiş həyat yoldaşına çatdırması üçün verib: “Dörd səhifəlik məktub ərəb dilində yazılıb. Təyyarəni qaçıranın həyat yoldaşı polisin müşayiəti ilə aeroporta gəlib və onunla danışmağa çalışacaq”.

“EgyptAir” aviaşirkətinin sərnişin təyyarəsini qaçırmış İbrahim Samah psixi pozğunluqdan əziyyət çəkir.

Müəyyən edilib ki, İbrahim Abdel Tavab Samah İsgəndəriyyə Universitetinin professor baytarıdır və müqavilə əsasında ABŞ-ın Atlanta ştatında müəllim işləyir.

Onun Amerika vətəndaşlığı var və İsgəndəriyyə vilayətinin sakinidir.

Qeyd edək ki, bu gün misirli İbrahim Samah А320 sərnişin təyyarəsini qaçıraraq Kiprin Larnaka aeroportuna eniş etdirib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar