Tibb tarixinin qorxunc alətləri – FOTOLAR

Yüzillər bundan əvvəl həkimlərdə xəstəliklər haqqında məlumatlar az idi və müalicə üsulları da olduqca ağrılı keçirdi. Tibb tarixində yer alan bu üsullar və alətlər isə hazırda muzeylərdə sərgilənir.

“A24.az” dünyada istifadə edilən tibbi alətlərin siyahısını təqdim edir:

1. Amerikanın məşhur ortopedistlərindən olan Levis Sayrenin müalicə üsuludur. Həkim şəkildə skolyozu (onurğanın S hərfinə bənzər şəkildə olması) olan xəstəni müalicə edir. Lakin artıq bu müalicə üsullardan istifadə edilmir, əməliyyatla düzəldilir.

001_d2. Avropada bir qrup həkim dövrün bəlası olan vəba xəstəliyindən qorunmaq üçün bu geyimləri geyinərək gəzirdilər. Maskanın içərisinə lavanda çiçəyi qoyaraq gözəl qoxunun xəstəliyi onlara keçirməyəcəyinə inanırdılar. Bu görüntü insanın bəyaz önlüyə şükür etdiyi anlardan biridir.

002_d3. 1937-ci ildə çəkilən bu şəkildə olanlar poliomyelik xəstəliyindən (beyin iflici) əziyyət çəkən uşaqlardır. Bu xəstəlik həmin dövrdə bir çox uşağın ölməsinə, qurtula bilənlərin isə şikəst qalmalarına səbəb olan bir xəstəlikdir. Xəstəlikdən ən çox əziyyət çəkən ölkə isə ABŞ olub. 1955-ci ildə Dr.Salk peyvəndi tapana qədər şəkildəki müalicə üsulu tətbiq edilməkdə davam edirdi. Uşaq iflicinə səbəb olan virus xəstələrdə beyin sapına ilişərək beynin sol yarımkürəsini iflic edir və xəstəni nəfəs almaz hala gətirirdi. Buna mane olmaq üçün hazırlanan çörək peçi bir ağciyər mexanikası olub, uşaqların nəfəs alıb-verməsinə kömək olurdu. Lakin qeyd edək ki, vaxtilə bu cihazda müalicə alan uşaqların hamısını həyatını itirib.

003_d4. Gördüyünüz bu şəkildəki qadın bədəni isə professional bir şəkildə hazırlanan fiqurdur və tədris məqsədi ilə düzəldilib. Katolik kilsəsinin təzyiqi altında olan xristian ölkələrində hansı ki, qadınların həkim olması qadağan idi, müayinə məqsədi ilə qadınlara kişi həkimlərin toxunması da qadağan idi. Ona görə də həkimə gələn qadın xəstə harasından şikayəti var idisə onu göstərə bilmək üçün həkimlər bu maketdən faydalanırdı.005_d5. Almaniyada istifadə olunan orqan kəsən bıçaq… XVIII əsrdə icad olunan bu bıçaq cərrah tərəfindən ayağı dizdən aşağı kəsmək üçün istifadə edilirdi. Əməliyyat narkoz verilmədən həyata keçirilirdi.006_d6. Amputasiya edən alət… XVII əsrdə cərrahlar zəngin olduqdan sonra xüsusilə bu cür tibb alətlərinə pul xərcləməkdən olduqca xoşlanırdı. Xüsusilə də qızıldan hazırlanan tibb alətləri daha çox istifadə edilirdi. Təəssüf ki, bu cür alətlərdə bakteriyaların toplanması daha əlverişli olurdu və cərrahların çoxu əməliyyat zamanı bu alətləri yumurdu.

007_d7. Əməliyyat olunan xəstənin hava yolunun açıq qalmasını təmin etmək üçün bu alət xəstənin ağzının içinə qoyulurdu.

008_d8. 1840-cı ildə icad edilən alət bədəndən qanın sorulması üçün istifadə edilirdi.

010_d9. Sünnət bıçağı…

012_d10. 1800-cü ildə yumurtalıqda və bətndə olan xərçəng şişlərini almaq üçün istifadə edilirdi. Alətdəki zəncir qanın axmasının qarşısını alırdı.

013_d11. Bədənin kəsilən hissəsində qanı dayandırmaq üçün istifadə edilirdi.

014_d12. Fransanın güllə çıxaran aləti… XVI əsrdə istifadə olunan bu tibb aləti güllənin çıxarılmasında istifadə edilirdi.

016_d13. Hirtz Pusula (1915)… Bədəndə olan mərminin yerini təsbit etmək üçün istifadə edilirdi.

017_d

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR