Ticarət mərkəzində timsah şoku - VİDEO

Ticarət mərkəzində timsah şoku – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-ın Texas ştatında ticarət mərkəzinin ərazisinə soxulan nəhəng timsah alıcılara qorxu dolu anlar yaşadıb.

a24.az” ATV-yə istinadən bildirib ki, Şuqerlenddə fəaliyyət göstərən supermarketin yaxınlığında aşkarlanan yırtıcı çətinliklə zərərsizləşdirilib.

Xoşbəxtlikdən ac timsah ticarət mərkəzinə daxil ola bilməyib.   Həyətdə nəhəng yırtıcının süründüyünü görən işçilər müştərilər timsahın olduğu yerdən uzaqlaşdırılblar. Uzunluğu 4 metrə çatan timsahı ram etmək üçün əraziyə polislər və heyvanxana işçiləri cəlb olunub.  Uzun müddət qəzəbli  yırtıcıya yaxınlaşa bilməyən işçilər, onu yoraraq yaxalaya bilib. Qolları, ağzı  parça ilə bağlanan timsah daha sonra ərazidən uzaqlaşdırılıb.

362 kiloqram ağırlığı olan timsahın 50 yaşında olduğu bildirilir. Onun ticarət mərkəzinə necə gəlib çıxdığı isə məlum deyil. Timsahın yenidən sakinlərin həyatını təhlükəyə atmaması üçün işçilər onu şəhər mərkəzindən 28 kilometr aralıda vəhşi təbiətin qoynuna buraxıb.

https://youtu.be/Xn7gaY-8g_0

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar