Ticarətçilər etiraz aksiyası keçirirlər

Ticarətçilər etiraz aksiyası keçirirlər
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistanda “Dövriyyə vergisi haqqında” qanunun qüvvəyə minməsinə etiraz edən yüzlərlə ticarətçi bu gündən sərt tədbirlərə başlayacaqlarını açıqlayıblar.

 “A24.az” “armtoday”a istinadən verdiyi məlumata görə, onlar yenə Nazirlər Kabinetinin binası qarşısına toplaşaraq baş nazir Ovik Abramyanla görüş tələb edirlər.

“Biz istəyirik ki, baş nazir bizimlə görüşsün və qanunun niyə təxirə salınmadığını aydınlaşdırsın. Baş nazir, isti kabinetinizdən çıxın. Əgər aşağı düşməyəcəksinizsə, deməli vəzifəni tərk edəcəksiniz. Bu gündən biz radikal tədbirlərə əl atacağıq, ancaq qanunları pozmayacağıq”, – deyə etirazçılar bildiriblər.

Nümayişçilər “Ovik aşağı düş”, “təxirə sal” kimi şüarları səsləndiriblər.

Xatırladaq ki, bu gündən etibarən etirazçılar fevralın 1-dən qüvvəyə minməli olan “Dövriyyə vergisi haqqında” qanunun təxirə salınması ilə bağlı imza kampaniyasına başlayıblar. Ötən gün də onlar hökumət evinin qarşısına toplaşaraq O. Abramyanla görüş tələb ediblər, ancaq o, etirazçıları qəbul etməyib.

Sözügedən qanunla bağlı etirazlar hələ ötən ilin sentyabrından başlayıb. Bundan sonra hökumət qanunun qüvvəyə minməsini fevral ayınadək təxirə salınması haqqında qərar qəbul edib.

“A24.az” mövzu ilə bağlı videosüjeti təqdim edir:

https://www.youtube.com/watch?v=mi_4C05X25c

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar