Tim Kukdan “iPhone X” almaq üçün qeyri-adi məsləhət - Qəhvə içməyin...

Tim Kukdan “iPhone X” almaq üçün qeyri-adi məsləhət – Qəhvə içməyin…
Want create site? Find Free WordPress Themes and plugins.

“Apple” baş direktoru Tim Kuk “iPhone X”in çox bahalı olmadığını söyləyir və bu barədə çox qeyri-adi məsləhəti də var.

“A24.az”ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Tim Kuk “Apple” iPhone X”in qiymətini (64 GB üçün 999 dollar, 125 GB üçün 1.149 dollar) çox bahalı görən bəzi istifadəçilərə açıqlama verib.

Kuk ayda 33 dollar ödəməklə kredit şərtləri daxilində “iPhone X”i ala bilməyin mümkün olduğunu, bunun da bir insan üçün qəhvə pulundan qat-qat az olduğunu, yəni “iPhone X”in qəhvədən daha ucuz başa gəldiyini deyib.

Bundan başqa “iPhone X”i almaq istəyən amerikalı istifadəçilər əllərində olan “iPhone”larını təslim edərək təqribən 350 dollara qədər qənaət edəcəklərini bildirib.

Tim Kuk “Apple iPhone X” büdcəniz üçün çox bahalıdırsa, kafeinə olan asılılığınızdan imtina etməyiniz ən gözəl variantdır. “Bu zaman ən yaxşı “iPhone” almağınız üçün kifayət qədər pulunuz olacaq”, deyə bildirir.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar