“Titanik”lə toqquşan aysberqin fotosu 21 min funta satıldı

“Titanik” sərnişin gəmisinin toqquşduğu ehtimal olunan aysberqin fotosu Britaniyanın Uiltşer şəhərində auksionda 21 min funta (təxminən 35 min dollara) satılıb.
a24.az” bildirir ki, Musavat.com-un məlumatına görə, bu barədə Sky News-un yaydığı xəbərdə deyilir ki, fotoqrafiya 15 aprel 1912-ci ildə, gəmi gecəyarısı aysberqlə toqquşduqdan bir neçə saat sonraya təsadüf edir.
Məlumata görə, fotonu yaxınlıqdan keçən “Şahzadə Adalbert” gəmisinin baş stüardı çəkib. İddiaya əsasən, aysberqin bir tərəfində – “Titanik”lə toqquşan yerdə hətta qırmızı ləkə görünüb.
2012-ci ildə ABŞ-da hərrac zamanı toqquşmaya iki gün qalmış aysberqin başqa bir fotosu satılmışdı.
“Titanik” aysberqlə toqquşduqdan sonra iki saat ərzində batmışdı. Qəza zamanı 1500 insan həyatını itirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR