Tıxac probleminin həlli: Bakıda reversiv işıqforlar quraşdırıla bilər? - VİDEO

Tıxac probleminin həlli: Bakıda reversiv işıqforlar quraşdırıla bilər? – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Paytaxt Bakıda hərəkətin intensiv olduğu saatlarda əksər küçələrdə əks istiqamətli yolların bir hissəsində tıxac, əks hissəsində isə seyrəklik olur. Bir sözlə yoldan səmərəli istifadə edilmir. Bu problemi həll etmək üçün yol hərəkəti haqqında qanunda nəzərdə tutulan reversiv işıqforlardan istifadə edilə bilər.
A24.Az xəbər verir ki, sürücülərin dediyi kimi hərəkətin pik olduğu vaxtlarda təbii olaraq əksistiqamətli yollarda hərəkətin sıxlığı fərqli olur. Nəticədə gediş istiqamətdə tıxac, gəliş istiqamətdə isə seyrəklik olur. Halbuki reversiv işıqforlardan istifadə etməklə bunun qarşsını almaq olar.
Yol hərəkəti haqqında reversiv yəni qarşılıqlı işıqforların qoyulması nəzərdə tutulsa da Bakıda hələ ki belə işıqfor yoxdur. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, bu işıqforların quraşdırılması tıxac problemini xeyli azalda bilər
Ekspertin sözlərinə görə paytaxtda intensivlik yaşanan əksər küçə və prospektlərdə tətbiq etmək olar. Bir şərtlə ki, dəmir arakəsmə və bordyorlar olan yollarda həmin maneələr sökülsün.Reversiv işıqforların qoyulması böyük maliyyə vəsaiti tələb etmir.
Baş Dövlət yol polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev xəzər xəbərə bildirdi ki, reversiv işıqforların quraşdırılması qərarı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası Tərəfindən verilə bilər.Bu məqsədlə yollarda araşdırmalar aparılmaldır.

Xəzər Xəbər

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar