Tokio dünyanın ən təhlükəsiz şəhəridir

Tokio dünyanın ən təhlükəsiz şəhəridir
Want create site? Find Free WordPress Themes and plugins.

The Economist jurnalı bir araşdırma aparıb. Nəticədə dünyanın ən etibarlı şəhəri olaraq Yaponiyanın paytaxtı Tokio seçildi.

Jurnalın “Təhlükəsiz Şəhərlər 2015 İndeksi” yazısında, şəhərlər rəqəmsal, fərdi və səhiyyə təhlükəsizliyi ilə infrastruktur etibarlılığı meyarlarına görə sıralanıb.

Bu araşdırmada, Tokio, dünyada yaşana biləcək ən etibarlı şəhər oldu. Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, Tokioda 38 milyon nəfər yaşayır. Anket, əhalisi çox olan şəhərlərin belə etibarlı ola biləcəyini sübut edir.

Tokyodan sonra Sinqapur, Osaka və İsveçin paytaxtı Stokholm, Hollandiyanın paytaxtı Amsterdam gəlir. Avstraliyadan Sidney 6-cı, İsveçrədən Sürix 7-ci, Kanadadan Toronto 8-ci, Avstraliyadan Melbourn 9-cu və ABŞ-dan New York isə 10-cu sırada yer aldı.

Siyahının son 5 sırasında isə Meksikanın paytaxtı Mexiko, Səudiyyə Ərəbistanının paytaxtı Riyad, Cənubi Afrikadan Yohannesburq, Vyetnamdan Ho Chi Minh və İranın paytaxtı Tehran var.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Maraqlı
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar