"Torpaq qatı asfalta qədər gəlib çatıb" - Badamdarda təhlükə artır - AÇIQLAMA

“Torpaq qatı asfalta qədər gəlib çatıb” – Badamdarda təhlükə artır – AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

“Badamdardakı sürüşmə sahəsində yaşayış evlərində olan insanlara dünən xəbərdarlıq edilib və onlar evlərindən çıxarılıblar”.

A24.Az “Report”a istinadla xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, ərazidə gecə səhərə qədər növbə təşkil edilib: “İnsanlar üçün təhlükə yoxdur. Təxminən 250 metr enində olan böyük bir ərazi istinad divarları üstündə olmaqla tamamilə dağılıb və torpaq qatı asfalt örtüyünə qədər gəlib çatıb. Sürüşmə sahəsində istinad divarından yuxarı 25-30 metr görünən hündürlük var və prosesdə aktivlik hələ də davam edir. Müvafiq orqanların nümayəndələri hazırda buradadırlar”.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə, Sosial, Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar