"Tour d’Azerbaidjan-2018"in vaxtı açıqlandı

“Tour d’Azerbaidjan-2018″in vaxtı açıqlandı
Want create site? Find Free WordPress Themes and plugins.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2018” veloturunun keçirilmə vaxtı müəyyənləşib.

A24.az xəbər verir ki, Azərbaycan Velosiped Federasiyasından verilən məlumata görə, gələn il mayın 9-13-də planetin ən güclü şosse velosiped komandaları yenidən Azərbaycanda mübarizə aparacaqlar. 5 günlük yarış artıq Beynəlxalq Velosipedçilər İttifaqının 2018-ci il üçün müəyyənləşdirdiyi təqvim planına da daxil edilib.

Federasiyadan bildirilib ki, “Tour d’Azerbaidjan-2018” şosse velosipedi üzrə gələn ilin mayında qəbul edəcəyimiz yeganə yarış olmayacaq – sözügedən veloturda iştirak etmək üçün Azərbaycana gələcək komandalar mayın 8-də bir günlük “Bakı-Xızı Eko” turunda da yarışacaqlar. Beynəlxalq Velosipedçilər İttifaqının kifayət qədər yüksək səviyyəli yarışı hesab edilən 1.1 kateqoriyalı velotur da artıq qurumun təqvim planında yer alır.

Xatırladaq ki, şosse velosipedi üzrə gələn ilin mayında keçiriləcək bu 2 yarışdan əlavə, iyunun 5-9-da Bakıda velosiped idmanının BMX növü üzrə (olimpiya idman növü) dünya çempionatı da təşkil olunacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar