Tovuzda ağır qəza baş verib: ana ölüb, 3 övladı xəsarət alıb 

Tovuzda ağır qəza baş verib: ana ölüb, 3 övladı xəsarət alıb
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

A24.Az APA-ya istinadən xəbər verir ki, yolun Tovuz rayonu Əyyublu kəndi ərazisində “QAZel” markalı yük avtomobili ilə “Ford” markalı minik avtomobili toqquşub.

Nəticədə “Ford”un sərnişini, Gəncə şəhər sakini, 1967-ci il təvəllüdlü Həsənova Sevda Tapdıq qızı dünyasını dəyişib. Onun övladları – 1995-ci il təvəllüdlü Cəfərova Gülnarə Elsevər qızı, 1997-ci il təvəllüdlü Cəfərova Maniyə və 2012-ci il təvəllüdlü Cəfərov Rəsul, habelə qayını, avtomobili idarə edən Cəfərov Aytəkin İsrail oğlu müxtəlif bədən xəsarətləri alıblar. Onlar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar