Tovuzda ər-arvadın ölümünə səbəb olan yanğının təfərrüatı məlum oldu

Tovuzda ər-arvadın ölümünə səbəb olan yanğının təfərrüatı məlum oldu
Want create site? Find Free WordPress Themes and plugins.

Tovuz rayonunda ər-arvadın ölümünə səbəb olan yanğınla bağlı rəsmi məlumat yayılıb. 

A24.az xəbər verir ki, FHN-nin Tovuz rayon Yanğından Mühafizə Hissəsindən “Report”un Qərb bürosuna verilə məlumata görə, fevralın 24-də səhər saat 9 radələrində rayon mərkəzindəki Mərdən Musayev küçəsində yerləşən, Tovuz şəhər sakini, 1945-ci il təvəllüdlü Fərman Qoca oğlu Məmmədova məxsus ümumi sahəsi 320 kv/m olan 2 mərtəbəli 7 otaqdan ibarət evin birinci mərtəbəsindəki otaqlardan birində yanğın baş verib.

Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub, carpayı və divandan başlayan yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Araşdırma zamanı ev sahibinin və onun həyat yoldaşı, 1950-ci il təvəllüdlü Pakizə Şəmşəd qızı Mirzəyvanın yanaraq öldüyü məlum olub.

Yanğının hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

 

Tovuz rayonunda baş verən yanğında iki nəfər ölüb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun mərkəzində yerləşən Mərdan Musayev küçəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınıb.

***

Hadisə nəticəsində dünyasını dəyişənlər ev sahibi Fərman Məmmədov və onun həyat yoldaşı, 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmşəd qızıdır.

Yanğın nəticəsində onların övladı da xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar