Tovuzda zəncirvari qəza

Tovuzda zəncirvari qəza
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində zəncirvarı qəza baş verib.

“A24.az” məlumat verir ki,  hadisə ötən axşam qeydə alınıb. Yol ilə hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Müşfiq Abbasov idarəetməni itirərək maşını yolun kənarında dayanan “”Mercedes” və “Nissan” markalı avtomobillərə çırpılıb. Qəza zamanı sürücü M. Abbasov və maşında olan 2 sərnişin müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. M. Abbasovun vəziyyəti ağır olduğundan Gəncədə olan tibb müəssisələrinin birinə köçürülüb. Yolun kənarında dayanan maşınlarda xəsarət alanlar olmasa da, avtomobillərə ziyan dəyib.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar