Toyuq-cücələr üçün yun geyimlər - VİDEO

Toyuq-cücələr üçün yun geyimlər – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Britaniyada yaşayan qadının toxuculuq qabiliyyəti həyətindəki toyuqların işinə yarayıb.

Bu quşlara soyuq dəyməsin deyə yun köynək toxuyan qadının qeyri-adi qayğısı yerli medianın da diqqətini çəkib.

Toyuqların lələkləri onları qışın soyuğundan nə qədər qorusa da, bu quşların həyətdə paltarsız gəzməyi Nikolanın ürəyincə olmayıb. 58 yaşlı anasının əlindən paltar toxumağı öyrənən 25 yaşlı gənc xanım bütün yaradıcılığını toyuq-cücəyə paltar toxumağa həsr eləyib.

Gənc xanımın toyuqlar üçün köynək toxumağa başlaması ona yeni biznes qurmaq imkanı yaradıb. Quşlar üçün toxuduğu köynəklərin şəkillərini görən internet istifadəçiləri dünyanın dörd bir yanından ona həmin köynəklərdən sifariş verir. Bu satışdan gələn gəlirləri isə o, Afrikada ac qalan, xəstəliklərlə mübarizə aparan uşaqların müalicəsinə sərf edəcəyini deyir.

“A24.az” mövzu ilə bağlı videogörüntünü təqdim edir:

https://www.youtube.com/watch?v=TRIm1j0XI-M

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Maraqlı, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar