TQDK abituriyentlərə müraciət edib

TQDK abituriyentlərə müraciət edib
Want create site? Find Free WordPress Themes and plugins.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) hərbi tibb fakültəsinə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.

“A24.az” bildirir ki, TQDK-dan Trend-ə verilən məlumata görə, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin “Hərbi həkim işi” ixtisasına qəbul olunmaq istəyən abituriyentlər iyulun 28-dək Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə müraciət edə bilərlər.

Müsabiqədə 2016-cı ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında (Azərbaycan bölməsi) 450 və daha çox bal toplamış, 15 sentyabr 2016-cı ilə qədər 16 yaşı tamam olan və 19 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) iştirak edə bilərlər.

Hərbi Tibb fakültəsinə qəbul olunan tələbələr ödənişsiz əsaslarla təhsil alırlar.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Təhsil
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar