Tramp ABŞ səfirliyinin Qüdsə köçürülməsi üçün tapşırıq verdi

Tramp ABŞ səfirliyinin Qüdsə köçürülməsi üçün tapşırıq verdi
Want create site? Find Free WordPress Themes and plugins.

Mən Dövlət Departamentinə ABŞ səfirliyinin Tel Əvivdən Qüdsə köçürülməsi üçün tapşırıq verdim.

“A24.az”ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

Onun sözlərinə görə, artıq binanın inşası üçün müvafiq işlərin görülməsinə başlanılıb.

“Yeni səfirliyin qurulması sülhə gözəl töhfə verəcək”, deyə D.Tramp bildirib.

Bundan əvvəl İslam Əməkdaşlıq Təşkilatı (İƏT)  bəyanat yayaraq bildirib ki, quruma üzv 57 dövlət səfirliyini Tel-Əvivdən Qüdsə köçürəcək ölkə ilə əlaqələri tam kəsməli olacaq. “Bu addım bütün ərəb ölkələri və müsəlman dünyasına qarşı açıq təcavüz kimi qiymətləndiriləcək”, təşkilatın yaydığı açıqlamada bildirilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Din
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar