Tramp ABŞ tarixinin ən pis səhvini açıqladı

Tramp ABŞ tarixinin ən pis səhvini açıqladı
Want create site? Find Free WordPress Themes and plugins.

Prezident Corc Buşun rəhbərliyi altında ABŞ qoşunlarının Yaxın Şərqə yeridilməsi Birləşmiş Ştatlar rəhbərliyinin etdiyi ən pis səhvdir.

A24.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Hill.TV”yə müsahibəsində bildirib.

“Ölkəmizin tarixində edilən ən pis səhv Prezident Buşun təşəbbüsü ilə Yaxın Şərqdəki hərbi iştirakdır”, – D.Tramp deyib.

Onun sözlərinə görə, özündən əvvəlki ABŞ Prezidenti Barak Obama da Yaxın Şərqdən qoşunları geri çəkməklə səhv edib, amma qoşunların ora yeridilməsi elə ən böyük səhvdir.

Amerikalı lider fikrini bu qərarın ABŞ-a 7 trilyon dollara və milyonlarla insan həyətına başa gəlməsi ilə izah edib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar