Tramp bu ölkələri təhqir etdi - İyrənc ölkələr

Tramp bu ölkələri təhqir etdi – İyrənc ölkələr
Want create site? Find Free WordPress Themes and plugins.

Amerika mətbuatının xəbərinə görə dünən Tramp bəzi immiqrant ölkələrini Oval Ofisdə immiqrantlarla görüş zamanı ağır sözlərlə təhqir edib.

A24.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Ağ Evdəki bir yığıncaqda bəzi Latın Amerika və Afrika ölkələrindən gələn immiqrantları təhqir edərək “İyrənc ölkələrdən gələnləri niyə qəbul edirik? Norveçdən daha çox immiqrant almalıyıq” deyib.

Vaşinqton Postunun açıqladığı bu xəbəri Ağ Ev yalanlamayıb. Tramp açıqlaması zamanı Afrika ölkələri, El Salvador və Haitini nəzərdə tutduğunu bildirib.

Trump rəhbərliyi keçən ilin noyabr ayında 2001-ci ildəki zəlzələnin ardından ABŞ-a müvəqqəti sığınan təxminən 200 min El Salvadorlunun ölkələrinə geri dönməsini istəmişdi. Əks təqdirdə ölkədən xarici ediləcəyinə dair 18 ay vaxt verdiyini açıqlamış və bu siyahıya ABŞ-da məskunlaşmış Honduras, Nikaraqua və Haitililəri də aid etmişdi.

Məhəmməd Şükürlü //a24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar