Tramp Çinlə "ticarət müharibəsi"ndə geri addım atdı

Tramp Çinlə “ticarət müharibəsi”ndə geri addım atdı
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ prezidenti Donald Tramp Çinə qarşı başlatdığı xarici investisiya məhdudlaşdırılmasında geri addım atıb. Prezidentlik səlahiyyəti yerinə konqresin çıxaracağı tənzimləmə nəzərə alınacaq.

A24.Az xarici mətbuata istinadən xəbər verir ki, Tramp ABŞ Maliyə Nazirliyinə verdiyi göstərişlə aparılan qiymətləndirmə nəticəsində yeni qərar qəbul edib.

ABŞ prezidenti xarici investisiya tədbirlərinə dair ən yaxşı variantın Konqresdə müzakirə edilən Xarici İnvestisiya Risklərini Qiymətləndirmə və Modernləşdirmə Qanununun olduğuna qərar verib.

ABŞ iqtisadi idarəçiliyindən olan təcrübəli şəxslər mətbuat konfransında ABŞ-ın milli təhlükəsizliyi baxımından əhəmiyyət kəsb edən texnologiyaların ələ keçirilməsinin qarşısını alacaq xarici investisiya tədbirlərinin Konqresin öhdəsinə buraxıldığını bildiriblər.

Donald Tramp, konfransdan sonra Ağ Evdən edilən yazılı açıqlamasında, xarici investisiyalara qarşı məhdudiyyətlər üçün “FIRRMA” layihəsini dəstəkləyəcəyini təsdiq edərək bu sözləri qeyd edib:

“FIRRMA”nın mövcud versiyalarını, müşavirlərimlə araşdırdıqdan və bir çox Konqres üzvü ilə mübahisə etdikdən sonra belə bir aktın texnoloji liderliyimizi, milli təhlükəsizliyimizi və iqtisadi firavanlığımızı təhdid edəcək talançı investisiya əməlində mübarizə edəcək əlavə vasitələr yaradacığına qərar verdim”.

Layihənin qanuniləşdirilməsindən sonra ehtiva etdiyi tədbirləri güclü şəkildə tətbiq edəcəyini bildirən Tramp, Konqresin layihəni həyata keçirə bilməyəcəyi təqdirdə prezidentlik səlahiyyətindən istifadə edəcəyini bildirib.

Tramp mart ayında Çinin əqli mülkiyyət oğurluğunun ABŞ iqtisadiyyatına illik dəyəri 600 milyard dollar olduğunu qeyd edərək,ölkəsinin əqli mülkiyyətini və texnologiyalarını qorumaq üçün Çinə əlavə gömrük vergiləri və investisiya məhdudiyyətləri gətirilməsi üçün prezident fərmanı çıxarmışdı

Fərman çərçivəsində ABŞ Maliyə Nazirliyinin Çin şirkətlərinin, ABŞ texnologiya sektoruna yönələn investisiyalarının nə şəkildə məhdudlaşdıracağı barədə iki ay ərzində Ağ Evə bir hesabat təqdim etməli idi.

Trampın gələn hesabat çərçivəsində xarici investisiya məhdudlaşdırmalarıyla bağlı qərarı Konqresə təhvil verməsini, yumşalma siqnalı olaraq dəyərləndirən analitiklər bunun ABŞ ilə Çin arasındakı ticari gərginliyi nisbətən azaldacağını nəzərdə tutur.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Siyasət, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar