Tramp Dananqda təntənəli qəbulu Putinlə söhbət etmədən tərk etdi

Tramp Dananqda təntənəli qəbulu Putinlə söhbət etmədən tərk etdi
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ prezidenti Donald Tramp Asiya Sakit Okean Ölkələri Əməkdaşlıq təşkilatı (APEC) liderlərinin şərəfinə keçirilən təntənəli qəbulu vaxtından əvvəl, rusiyalı həmkarı Vladimir Putinlə söhbət etmədən tərk edib.

A24.Az-ın APA  istinadən verdiyi xəbərə görə, şam yeməyi zamanı  Rusiya və ABŞ liderləri ünsiyyətdə olmayıb.

Bundan əvvəl fotoşəkil çəkilişi  zamanı prezidentlər bir-birinin əlini sıxıblar. ABŞ və Rusiya prezidentləri arasında gözlənilən görüş baş tutmayıb. Bundan əvvəl liderlər arasında görüş  iyulda Hamburqda “G-20” sammiti çərçivəsində baş tutmuşdu. Qeyd edək ki, APEC sammiti noyabrın 10-11-də Vyetnamın Dananq şəhərində keçirilir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar