Tramp divar çəkmək niyyətini təsdiqlədi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Meksika ilə sərhəddə divar çəkmək niyyətini təsdiqləyib.

A24.Az APA-ya istinadən xəbər verir ki, bunu D.Tramp Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bəyan edib.

“Mən gözləmək istəmirəm. Bir il və yaxud il yarım. Divarın tikintisinə tezliklə başlanılacaq. Meksikanı ABŞ-dan istifadə etdiyinə görə qınamıram. Meksika xalqını sevirəm, bir çox meksikalı şirkətlərimdə çalışıb, onların hamısı gözəl insanlardır”, deyə D.Tramp bildirib.

Qeyd edək ki, noyabrda D.Tramp üç milyonadək qeyri-qanuni mühacirin ABŞ-dan deportasiya ediləcəyini bəyan etmişdi, mühacirlərin qarşısının alınması üçün isə ABŞ-Meksika sərhədində divar çəkilməsinin zəruriliyini vurğulamışdı.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR