Tramp İŞİD-i bəhanə edib İslam ölkələrini hədəf göstərdi

Tramp İŞİD-i bəhanə edib İslam ölkələrini hədəf göstərdi
Want create site? Find Free WordPress Themes and plugins.

Donald Tramp ABŞ prezidentliyi vəzifəsinə 9 gün qalmış Nyu Yorkda jurnalistlərin suallarına cavab verib.

“A24.az” “din.az”a istinadən xəbər verir ki, Donald Tramp ötən gün jurnalistlərin suallarını cavablandırıb. Rusiyaya meyllilik nümayiş etdirən Tramp İŞİD-i bəhanə edərək İslam ölkələrinə müdaxilə edəcəyini vurğulayıb.

Rusiyaya simpatiyası ilə tənqid edilən Tramp fikirlərini belə səsləndirib: “Əgər Vladimir Putin Donald Trampı sevirsə, bunu müəyyən məsuliyyət deyil, dəyər hesab edirəm. İŞİD-lə mübarizədə Rusiya ilə çox yaxın müttəfiq ola bilərik”.

Tramp yalnız Rusiyanın deyil, bir çox ölkənin ABŞ-a qarşı kiber hücumlar həyata keçirdiyini, bunda hazırki hökumətin böyük günahının olduğunu bildirərək həmin kiber hücumlara qarşı güclü təhlükəsizlik sistemi yaratmaq üçün təcrübəli heyət qurduğunu qeyd edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət, Din
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar