Tramp Kim Çen Ina “vurulduğunu” etiraf edib

Tramp Kim Çen Ina “vurulduğunu” etiraf edib
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, o və Şimali Koreyanın lideri Kim Çen In bir-birinə “vurulublar”.

“A24.az” “Oxu.Az”a istinadən xəbər verir ki, Tramp bunu Qərbi Virciniyada tərəfdarları qarşısında çıxışı zamanı söyləyib.

“Mən də sərt idim, o da, biz gah irəli gedir, gah da geri addımlayırdıq. Amma sonradan bir-birimizə vurulduq. O mənə gözəl məktublar yazdı”, – dövlət başçısı deyib.

ABŞ lideri həmçinin KXDR-dən Amerika əsgərlərinin meyitlərinin qaytarılması və dustaqların azad olunması məsələləri ilə maraqlanmamasına dair məlumatları təkzib edib.

KXDR və ABŞ liderlərinin ilk sammiti iyunun 12-də baş tutub. Nəticələrə əsasən Trampın “vacib və hərtərəfli” adlandırdığı sənəd imzalanıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar